Təqvim

Aerobika Gimnastikası üzrə Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi

6 və 7 oktyabr tarixlərində Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi keçiriləcək.

Bu idman növünün ölkəmizdə qısa inkişaf yolu keçməsinə baxmayaraq, artıq ikinci dəfədir ki, çempionat açıq elan olunub və Beynəlxalq Gimnastika Federasiyası tərəfindən beynəlxalq yarış kimi təsdiqlənib. Bu da o deməkdir ki, medallar uğrunda gedən mübarizədə yerli gimnastlarımız meydançanı xarici gimnastlarla da bölüşəcəklər. Ötən il olduğu kimi bu il də Bolqarıstan və Rusiyadan, həmçinin ilk dəfə olaraq, Ukrayna və Qazaxıstandan gimnastların qatılacağı turnir artıq rəqabətin yüksək olacağını vəd edir.

Qeyd edək ki, 2 gün davam edəcək yarışda 200-ə yaxın gimnastın iştirakı gözlənilir. Ocaq Sport və AyUlduz Klubunun təmsilçiləri, o cümlədən qonaq gimnastlar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında yer alaraq, fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcələr.

Yarışlara biletləri Arenanın kassasından, həmçinin onlayn əldə edə bilərsiniz. Biletlərin qiyməti 10 manat təşkil edir.

 

Yarışların başlama vaxtı: 12:00